Dünya
Tramp: "Venesuelada ABŞ-nin hərbi əməliyyatı zamanı çoxlu Kuba vətəndaşı ölüb"
ABŞ Prezidenti Donald Tramp Venesuelada hərbi əməliyyatlar zamanı ölkə rəhbəri olmuş Nikolas Maduronu qoruyan çoxsaylı Kuba vətəndaşlarının öldürüldüyünü bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərlə söhbətində bildirib: "Qarşı tərəfdə çoxlu ölüm hadisəsi qeydə alınıb. Bizdən isə itki olmayıb. Maduronu qorumağa çalışan bir çox kubalı öldürülüb". Kuba Prezidenti Migel Dias-Kanel Venesuelada ölkəsinin 32 vətəndaşının ölümü ilə əlaqədar iki günlük matəm elan edib.
Mənbə
oxu.az