Dünya

ABŞ-nin keçmiş prezidentləri arasında ən çox təqaüd alan kimdir?

05 Jan 2026, 10:42 1 baxış
ABŞ-nin keçmiş prezidentləri arasında ən çox təqaüd alan kimdir?
ABŞ-nin keçmiş prezidenti Co Bayden sabiq Ağ Ev rəhbərləri arasında ən çox dövlət təqaüdü alan şəxsdir. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb. Məlumata görə, Bayden dövlətdən ildə təxminən 417 min dollar alır ki, bu da prezidentlik dövründəki maaşından çoxdur. Sözügedən məbləğ həmçinin ABŞ-nin keçmiş prezidenti Barak Obamanın pensiyasından təxminən iki dəfə artıqdır.
Xəbərdə bildirilir ki, Baydenin uzun siyasi karyerası onun yüksək təqaüd almasını şərtləndirən amildir. Keçmiş ABŞ lideri vəzifəsindən ayrıldıqdan sonra dövlətin iki pensiya fondundan ödənişlər almaq hüququ qazanıb.
ABŞ-nin keçmiş prezidentləri arasında ən çox təqaüd alan kimdir?
Mənbə oxu.az

Oxşar Xəbərlər