Dünya
Hindistanda güclü zəlzələ oldu
Hindistanın şərqindəki Assam ştatında 5.4 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Seysmik hadisənin episentri Quvahati şəhərindən 76 kilometr şimal-şərqdə və Dinqa yaşayış məntəqəsindən üç kilometr qərbdə yerləşib. Yeraltı təkanların episentri 10 kilometr dərinlikdə olub. İtki və dağıntı barədə məlumat verilməyib.
Mənbə
oxu.az