İdman
Keçmiş dünya çempionu Tayson Fyuri rinqə qayıdır
Boks üzrə keçmiş dünya çempionu Tayson Fyuri karyerasını bərpa etməyə hazır olduğunu elan edib.
Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir. "2026-cı il kralın qayıdış ilidir. Mən bir az kənara çəkilmişdim, amma indi yenidən ön sıradayam. 37 yaşım var və döyüşə getməyə hazıram. Kişilərin üzünə zərbə endirməkdən və buna görə pul almaqdan daha yaxşı heç nə yoxdur", - deyə o, sosial şəbəkələrdə yazıb. Qeyd edək ki, Fyuri çıxışlarını dayandırdığını dörd dəfə - 2013-cü ilin noyabrında, 2017-ci ilin iyulunda, 2022-ci ilin aprelində və 2025-ci ilin yanvarında bəyan etmişdi.

Mənbə
oxu.az