Dünya
"Bank of America" yaxın gələcəyin ən varlı insanlarını açıqladı
"Bank of America" Z nəslinin növbəti 10 ildə yeni bir iqtisadi qüvvəyə çevriləcəyini proqnozlaşdıran bir araşdırma dərc edib. Oxu.Az xəbər verir ki, ABŞ bankının proqnozalarına görə, bu nəsil dünya əhalisinin 30%-ni təşkil edəcək və onların ümumi gəliri kəskin şəkildə artacaq. 2030-cu ilə qədər bu rəqəm 36 trilyon dollara, 2040-cı ilə qədər isə 74 trilyon dollara çatacaq. Qeyd edək ki, Z nəslinə 1990-cı illərin ortalarından 2010-cu ilədək doğulan şəxslər aiddir.
Mənbə
oxu.az