Dünya
Alman kəşfiyyatı Barak Obama və Hillari Klintonun telefon danışıqlarını dinləyibmiş
Almaniya Federal Kəşfiyyat Xidməti (BND) 2009-cu ildən 2017-ci ilə qədər vəzifədə olan keçmiş ABŞ prezidenti Barak Obamanın telefon danışıqlarını dinləyib. Oxu.Az xəbər verir ki, alman jurnalist və "Die Zeit" qəzetinin baş redaktor müavini Holger Stark bu barədə "Bild" qəzetinin baş redaktor müavini Paul Rontsheymer ilə müsahibəsində deyib. Onun sözlərinə görə, BND ABŞ administrasiyasının təhlükəsiz şəbəkələrinə daxil ola bilməyib, lakin Obamanın "Air Force One" təyyarəsində olarkən telefon danışıqlarını dinləyib. Stark bildirib ki, BND bunu həmişə deyil, rəsmi təlimatlar əsasında edib. Bundan əlavə, Stark qeyd edib ki, BND həmçinin keçmiş dövlət katibi Hillari Klintonun (2009-cu ildən 2013-cü ilə qədər bu vəzifəni tutub -red.) və ABŞ Silahlı Qüvvələri nümayəndələrinin zənglərini də dinləyib.
Mənbə
oxu.az