Dünya
CAR-da ildırım izdihamı vurdu: İki nəfər ölüb, 150 nəfər yaralanıb
Cənubi Afrika Respublikasının şimalında keçirilən bayram tədbiri zamanı ildırım vurması nəticəsində iki nəfər ölüb, təxminən 150 nəfər yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə yerli EWN radiostansiyası məlumat yayıb. Məlumata görə, 13 nəfərin vəziyyəti ağırdır. Hazırda ümumilikdə 49 nəfər xəstəxanadadır. Qalanları tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Mənbə
oxu.az