Dünya

Döyüşçü robot "həmkarını" yerə sərdi

05 Jan 2026, 00:36 1 baxış
Döyüşçü robot "həmkarını" yerə sərdi
Çində "Unitree G1" robotlarının təqdimatı zamanı qeyri-adi hadisə baş verib. Mürəkkəb akrobatik hərəkətlər edərkən iki robot toqquşub. Oxu.Az xəbər verir ki, bu barədə iXBT portalı məlumat yayıb. Robotlardan biri yanındakı "həmkarına" təpik vurub. Nəticədə o, tarazlığını itirərək yerə yıxılıb.
Bəziləri 35 kiloqramlıq bir robotu kənara ata bilən zərbənin gücünə heyran qalsalar da, digərləri bu cür cihazların gündəlik həyatda təhlükəsizliyini şübhə altına alıblar. "Unitree G1"nin texniki xüsusiyyətləri ona yüksək dəqiqliklə hərəkətlər etməyə imkan verir: Boyu 130 sm və çəkisi 35 kq olan bu robot öz sinfində ən çeviklərindən biri hesab olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər