Dünya

Qalatasaray "İnter"in yarımmüdafiəçisini hədəf alıb

04 Jan 2026, 23:36 1 baxış
Qalatasaray "İnter"in yarımmüdafiəçisini hədəf alıb
"Qalatasaray" klubu "İnter"in yarımmüdafiəçisi Davide Frattesini hədəf alıb. Oxu.Az xəbər verir ki, insayder Canluka Di Marzionun sözlərinə görə, İstanbul klubu bu müqaviləyə 35 milyon avroya qədər investisiya qoymağa hazırdır. Bildirilir ki, "cim-bom" futbolçunu birdəfəlik alış bəndi ilə icarəyə götürmək variantını nəzərdən keçirir. Bu formulun "İnter" üçün tamamilə məqbul olduğu deyilir, çünki italyanlar oyunçunu zəmanətlə satmaq istəyirlər. Qeyd edək ki, Davide Frattesi 2023-cü ilin iyul ayından bəri "İnter"də top qovur. O, "Sassuolo"dan "İnter"ə 31,4 milyon avroya keçib. Bu mövsüm Frattesi klub üçün bütün yarışlarda 15 matçda iştirak edib və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər