Dünya

Tramp: "Qrenlandiya bizə mütləq lazımdır"

04 Jan 2026, 22:48 1 baxış
Tramp: "Qrenlandiya bizə mütləq lazımdır"
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın Vaşinqton üçün əhəmiyyətindən danışıb. Oxu.Az xəbər verir ki, bu barədə o, "The Atlantic" jurnalına verdiyi müsahibədə bildirib. "Bizə həqiqətən Qrenlandiya lazımdır, mütləq lazımdır", - deyə Ağ Ev başçısı bəyan edib. Tramp bildirib ki, Qrenlandiya Rusiya və Çin gəmiləri ilə əhatə olunub. Ada ABŞ-nin müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər