Dünya

KİV: ABŞ Venesuelaya nəzarəti Marko Rubioya həvalə edib

04 Jan 2026, 21:12 6 baxış
KİV: ABŞ Venesuelaya nəzarəti Marko Rubioya həvalə edib
ABŞ administrasiyası Venesuelaya nəzarəti faktiki olaraq dövlət departamentinin rəhbəri Marko Rubioya həvalə edib. Oxu.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, o, hakimiyyətin təhlükəsiz keçidinə qədər ölkə üzrə baş müvəqqəti koordinator təyin edilib. Qeyd olunub ki, Rubio uzun müddətdir Maduronun sərt tənqidçisidir. O, artıq Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ilə danışıqlar aparıb və narkotik qaçaqmalçılığına son qoyulmasını tələb edib. ABŞ dövlət katibi Venesuelada seçkilərin hələ müzakirə mövzusu olmadığını da bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər