Dünya

Nigeriyada bir kəndin 30 sakini qətlə yetirilib

04 Jan 2026, 20:00 1 baxış
Nigeriyada bir kəndin 30 sakini qətlə yetirilib
Nigeriyanın şimalındakı bir kənddə silahlı şəxslər tərəfindən ən azı 30 nəfər öldürülüb. Oxu.Az xəbər verir ki, bu barədə "Vanguard News" məlumat yayıb. Hücum edənlər həmçinin çox sayda sakini girov götürüblər. Silahlı şəxslər motosikletlərlə kəndə daxil olub və ayrı-seçkilik etmədən atəş açıblar. Onlar mağazaları talan ediblər və yerli bazarı yandırıblar. Qeyd edək ki, Nigeriyanın müxtəlif yerlərində böyük quldur dəstələri fəaliyyət göstərir.
Mənbə oxu.az

Oxşar Xəbərlər