Dünya
Pentaqon rəhbəri ABŞ-nin Venesuelada tammiqyaslı hərbi əməliyyatını istisna etməyib
ABŞ-nin müharibə naziri Pit Heqset Karakasdakı vəziyyəti stabilləşdirmək məqsədilə Venesuela ərazisində tammiqyaslı hərbi əməliyyatın keçirilməsini istisna etməyib. Oxu.Az xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində bildirib. Heqsetin sözlərinə görə, Venesuelanın idarə olunması üzrə şərtləri ABŞ Prezidenti Donald Tramp müəyyən edir. O qeyd edib ki, Trampın idarəçiliyi narkotik tədarükünün dayandırılmasını, "oğurlanmış neft"in ABŞ-yə qaytarılmasını təmin edəcək, həmçinin cinayətkarların Birləşmiş Ştatlara göndərilməsinin qarşısını alacaq. Pentaqon rəhbəri, həmçinin vurğulayıb ki, Vaşinqton Venesuelaya ABŞ şirkətlərini və investisiyalarını cəlb etməyi planlaşdırır. Onun iddiasına görə, Venesuelanın neft bazaları mövcud gücünün 20%-i ilə işləyir və ABŞ-nin məqsədi bunu dəyişməkdir.
Mənbə
oxu.az