İdman

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Lids"lə bacarmadı

04 Jan 2026, 18:48 1 baxış
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Lids"lə bacarmadı
İngiltərə Premyer Liqasının 20-ci turunda "Lids" "Mançester Yunayted"i qəbul edib. Oxu.az xəbər verir ki, oyun 1-1 hesablı heç-heçə ilə başa çatıb. Ev sahibi komandanın yarımmüdafiəçisi Brenden Aaronson 62-ci dəqiqədə hesabı açıb. Üç dəqiqə sonra "Mançester Yunayted"in hücumçusu Mateus Kunya hesabı bərabərləşdirib. Beləliklə də, İngiltərə Premyer Liqasındakı 20 oyundan sonra "Lids" 22 xalla turnir cədvəlində 16-cı yerdədir. "Mançester Yunayted" isə 31 xalla ilk beşliyi qapayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər