Dünya
İsveçrədə kurortda baş vermiş faciədən sonra milli matəm günü elan edildi
İsveçrə hökuməti Kran-Montana dağ kurortundakı barda 40 nəfərin ölümü ilə nəticələnən yanğından sonra 9 yanvar tarixini milli matəm günü elan edib. Oxu.Az xəbər verir ki, bu barədə İsveçrə Prezidenti Gi Parmelen "Tages-Anzeiger" qəzetinə müsahibəsində bildirib. Prezident, həmçinin həmin gün keçirilməsi nəzərdə tutulan anım mərasimində iştirak etmək niyyətindədir. "Milli həmrəyliyin daha bir rəmzi olaraq, saat 14:00-da Kran-Montanadakı matəm mərasiminin başlanğıcında İsveçrənin bütün kilsələrində zənglər çalınacaq. Bundan əlavə, həmin vaxt bütün ölkə üzrə bir dəqiqəlik sükutun keçirilməsi planlaşdırılır", - deyə Parmelen əlavə edib.
Mənbə
oxu.az