Dünya
"Starlink" Venesuelaya pulsuz internet verəcək
"Starlink" qlobal peyk rabitəsi sistemi Venesuelanı pulsuz genişzolaqlı internetlə təmin edəcək. Oxu.Az bildirir ki, bu barədə şirkətin "X" platformasında yaydığı məlumatda deyilir. "Starlink" Venesuela xalqına fevralın 3-dək pulsuz genişzolaqlı rabitə imkanı yaradacaq", - deyə paylaşımda vurğulanır.
Qeyd edək ki, ötən gün ABŞ qırıcıları Venesuelanın paytaxtına və digər şəhərlərə zərbələr endirib, hərbçilər Prezident Nikolas Maduronu saxlayaraq ABŞ-yə gətiriblər.
Qeyd edək ki, ötən gün ABŞ qırıcıları Venesuelanın paytaxtına və digər şəhərlərə zərbələr endirib, hərbçilər Prezident Nikolas Maduronu saxlayaraq ABŞ-yə gətiriblər.
Mənbə
oxu.az