Cəmiyyət
Ağsuda bacı və qardaş dəm qazından zəhərləndilər
Ağsu rayonunda bacı və qardaş dəm qazından zəhərləniblər. Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Kəndoba sakinləri 1996-cı il təvəllüdlü Məhəmməd Cabir oğlu Əliyev və bacısı, 2002-ci il təvəllüdlü Aynur Cabir qızı Əliyeva yaşadıqları mənzildə dəm qazından zəhərlənərək Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ağsu Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, hazırda bacı-qardaşın vəziyyəti stabildir: "Yanvarın 2-si saat 06:00-da Ağsu Rayon Mərkəzi Xəstəxanasına dəm qazından zəhərlənmə şübhəsi ilə 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir", - məlumatda qeyd olunub. Aygün Mirakif
Mənbə
oxu.az