Cəmiyyət

Qaz kartına niyə pul yükləmək olmur? – Rəsmi

02 Jan 2026, 11:56 1 baxış
Qaz kartına niyə pul yükləmək olmur? – Rəsmi

Artıq iki gündür smart kart tipli qaz sayğaclarının fəaliyyətində yaranan problem davam edir. Abonentlər xüsusən də “Zenner” kartı ilə sayğaca yükləmə edə bilmirlər.


Axar.az xəbər verir ki, “Azəriqaz”dan Teleqraf-a açıqlamada problemin dövlət qurum ilə əlaqədar olmadığı bildirilib.


Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevin sözlərinə görə, hazırda "M-10" vasitəsilə sözügedən “Zenner” karta pul yükləmək olur.


“Bir az əvvəl şəxsən yoxladım, karta köçürmə icra olundu” – E.Vəliyev bildirib.


Qeyd edək ki, “MPay” MMC isə ötən gün açıqlamasında problemin “Azəriqaz”ın sistemindən qaynaqlandığını bildirib:


“Problemin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır. Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz”.

Mənbə axar.az

Oxşar Xəbərlər