Cəmiyyət

Naxçıvan şəhərinin bir hissəsində su olmayacaq

02 Jan 2026, 11:00 1 baxış
Naxçıvan şəhərinin bir hissəsində su olmayacaq
Naxçıvan şəhərinin bir hissəsində su olmayacaq. Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Şəhər Sukanal İdarəsi məlumat yayıb. Bildirilib ki, buna səbəb Əliqulu Qəmküsar küçəsini və Babək məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzadır: "Fəsadların aradan qaldırılması işləri ilə əlaqədar bu ərazinin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. İşlər 2 yanvar tarixində gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər