Şou biznes

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Jan 2026, 08:40 1 baxış
KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb
Amerikalı aktyor Tommi Li Consun qızı Viktoriya 34 yaşında vəfat edib. Oxu.Az-ın məlumatına görə, bu barədə TMZ mənbələrə istinadən məlumat yayıb. Onun cəsədi 1 yanvar gecəsi "Fairmont San Francisco" hotelinin dəhlizində tapılıb. Mərhumun şəxsiyyəti hələ rəsmi olaraq müəyyən edilməyib. Polis şəxsiyyətin müəyyən edilməsi üçün tibbi ekspertizanın rəyini gözləyir. Ölüm səbəbi hələ də məlum deyil. Viktoriya Cons 1991-ci ildə Tommi Li Cons və ikinci həyat yoldaşı Kimberli Kleflinin ailəsində anadan olub. Uşaq ikən o, bir neçə filmdə rol alıb. "Qara geyimli kişilər 2" filmində debüt edib, "Bir ağac təpə" teleserialında və həmçinin atasının rejissorluğu ilə çəkilən "Üç qəbir" filmində çəkilib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər