Dünya

Əlcəzairdə ölüm hökmü geri qayıdır? - Parlamentdən mühüm qərar

02 Oct 2026, 04:04 1 baxış
Əlcəzairdə ölüm hökmü geri qayıdır? - Parlamentdən mühüm qərar
Əlcəzair parlamenti Cinayət Məcəlləsinə meşələri yandıranlara və uşaqları qaçıranlara ölüm hökmünün tətbiqini nəzərdə tutan düzəlişi səs çoxluğu ilə təsdiqləyib. Oxu.Az bu barədə "Al Jazeera" telekanalına istinadən xəbər verir. Yeni dəyişikliklərə əsasən, xarici subyektlərin tapşırığı ilə meşələri və sahələri qəsdən yandıranlar, habelə dövlət və ya özəl əmlakı məhv edənlər edam cəzasına məhkum edilə bilərlər. Eyni cəza bu əməlləri ictimai təhlükəsizliyi və qaydanı, milli birliyi, yaxud iqtisadi və ekoloji sabitliyi pozmaq məqsədilə törədənlərə də şamil olunacaq. Uşaqları qaçıran şəxslər isə cinayət işgəncə, cinsi zorakılıq və ya xəsarətlə müşayiət olunduğu təqdirdə edam ediləcəklər. Qeyd edək ki, Cinayət Məcəlləsinə edilən düzəlişlər parlamentin yuxarı palatası və ölkə prezidenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər