Dünya
Eritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi
Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmək addımından sonra verilib. Efiopiya Xarici İşlər Nazirliyi Eritreyanı birbaşa və dolayısı ilə düşmənçilik hərəkətlərində, həmçinin təcavüzkarlıqda ittiham edib. Xatırladaq ki, Eritreya 30 illik müstəqillik müharibəsindən sonra 1993-cü ildə Efiopiyadan ayrılaraq müstəqillik əldə edib. Bundan sonra Efiopiya dənizə çıxışını itirib. İki ölkə arasında 1998-2000-ci illərdə də müharibə baş verib.
Mənbə
oxu.az