Dünya

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

02 Oct 2026, 03:48 2 baxış
Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma
ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. Oxu.Az xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisadi və psixoloji göstəricilərini təhlil ediblər. Araşdırmada əhalinin gəlirləri, səhiyyə xərcləri, ev heyvanlarının sayı və heyvanlardan insanlara keçə bilən "Toxoplasma gondii" parazitinin yayılma səviyyəsi müqayisə olunub. Nəticələrə görə, pişiklərin sayının çox olduğu ölkələrdə insanlar özlərini daha xoşbəxt hiss edirlər. Lakin "Toxoplasma gondii" infeksiyasının yayılması xoşbəxtlik göstəricisini azaldır. Məsələn, Çində xoşbəxtlik indeksi 5.97 təşkil edib. Bu göstərici tədqiqat üzrə orta hesabla 5.72 olub. Ölkədə hər 10 min nəfərə 376 pişik düşür. Araşdırmanın maraqlı nəticələrindən biri də pişiklərin çox olduğu ölkələrdə "Toxoplasma gondii" infeksiyasına daha az rast gəlinməsidir. Alimlər bunu varlı ölkələrdə insanların daha çox ev heyvanı saxlaması və səhiyyə sisteminin daha inkişaf etmiş olması ilə əlaqələndirirlər. Tədqiqat müəllifləri vurğulayıblar ki, müəyyən edilən əlaqə birbaşa səbəb-nəticə əlaqəsi kimi qiymətləndirilə bilməz. Bununla belə, nəticələr müxtəlif ölkələrdə əhalinin rifahına təsir edən amillərin öyrənilməsi üçün yeni imkanlar yaradır.
Mənbə oxu.az

Oxşar Xəbərlər