Dünya
Sankt-Peterburqun mərkəzində tarixi bina yandı - Foto/Video
Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində yerləşən tarixi binada güclü yanğın baş verib. Oxu.Az ren.tv-yə istinadən xəbər verir ki, söhbət İsaak kafedralının qarşısında yerləşən Miller malikanəsindən gedir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq Baş İdarəsinin məlumatına görə, yanğın 2 000 kvadratmetr ərazini əhatə edib. Yanğının söndürülməsinə 78 nəfər canlı qüvvə və 20 tərəf texnika cəlb olunub. Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Qeyd edək ki, bu bina yanğından əvvəl bərpa olunmalı idi. Bu məqsədlər üçün 768 milyon rubl (təxminən 15.6 milyon manat) vəsaitin xərclənməsi nəzərdə tutulurdu. Yanğının başvermə səbəbləri araşdırılır.
{{gallery}}

Mənbə
oxu.az