Cəmiyyət

Ölkədə bu qanunlar artıq qüvvədədir - Siyahı

01 Jan 2026, 23:39 1 baxış
Ölkədə bu qanunlar artıq qüvvədədir - Siyahı

Bu gündən etibarən vergi, sosial və digər dəyişikliklərlə bağlı bəzi yeniliklərin tətbiqinə başlanılır.


Axar.az Publika.az-a istinadən müxtəlif sahələri əhatə edəcək dəyişikliklərin siyahısını təqdim edir:


- Tütün məmulatları və elektron siqaretlər üzrə aksiz vergiləri artırılıb.


- Alkoqollu və enerji içkilərinin aksiz dərəcəsi artırılıb.


- Köhnə idxal avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq.


-Hibrid və elektromobillərin idxalı və satışı üçün ƏDV güzəştinin müddəti başa çatıb.


- Azərbaycanda yığılan elektrikli avtobuslar ƏDV-dən azad ediləcək.


- Kişi və qadın salonları, kosmetoloji mərkəzlərin xidmətlərində ƏDV geri qayıdacaq.


- Media subyektləri vergilərdən azad olunacaq.


- Bankların iflas prosedurunda aktivlərin təqdim edilməsi ƏDV-dən azad edilir.


- Qeyri-formal işləyən şəxslər icbari tibbi sığorta haqqını artıq özləri ödəyəcək (ayda 16 manat).


- Mülkiyyətində torpaqlarda işləyənlərin, vəkil və mediatorların, fərdi sahibkarların sosial sığorta haqları artırılıb.


- Fərdi iş sahibləri (dərzi, aparıcı, çalğıçı və s.) sosial sığorta haqqını minimum aylıq əməkhaqqının 5%-dən 8%-ə qədər ödəyəcək.


- Evlərini kirayə verənlər üçün vergi dərəcəsi 14%-dən 10%-ə endirilib.


- Qeyri-neft-qaz sektoru üzrə 2 500 manata qədər olan maaşlardan 3% gəlir vergisi tutulacaq.


- Azərbaycana gətirilən 1-dən çox mobil telefonun qeydiyyatı üçün 100 manat rüsum müəyyən edilib.


- Elektrik enerjisi və təbii qaz üzrə sabit aylıq tarif 1 manat müəyyən edilib.


- Kişi və qadınların pensiya yaşı bərabər olaraq 65 yaş müəyyən edilib.


- Yaşayış minimumu və ehtiyac meyarı 300 manat səviyyəsində müəyyən edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər