Cəmiyyət

İdxala qadağa ləğv edildi: ət ucuzlaşacaq? - Video

01 Jan 2026, 13:30 1 baxış
İdxala qadağa ləğv edildi: ət ucuzlaşacaq? - Video

Bəzi heyvan bazarları açılıb, Gürcüstandan diri heyvan idxalı və tranzitinə qoyulan qadağa ləğv edilib.


Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bazarların açılması onların işini asanlaşdırıb. Amma hazırda bazarda qiymətlərin nə enməsi, nə də qalxması müşahidə edilir.


Ekspertlər bu addımın qiymətlərin sabit qalmasına kömək edəcəyini bildirirlər. Bununla yanaşı, uzunmüddətli sabitlik üçün yerli istehsalın artırılmasının vacibliyi də vurğulanır.


O da əlavə edilib ki, subsidiya proqramlarının tətbiqinin genişləndirilməsi qiymətlərin enməsinə səbəb ola bilər.


Mənbə axar.az

Oxşar Xəbərlər