Cəmiyyət

Şərurda qar örtüyünün hündürlüyü 29 santimetrə çatıb - FAKTİKİ HAVA

01 Jan 2026, 12:16 1 baxış
Şərurda qar örtüyünün hündürlüyü 29 santimetrə çatıb - FAKTİKİ HAVA
Azərbaycanda yanvarın 1-i saat 11:00-a olan faktiki hava şəraiti açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecə və səhər bəzi dağlıq ərazilərdə qar yağıb, Şərurda qarın örtüyünün hündürlüyü 29 santimetrə (sm) çatıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Şərurda (Biçənək) 29, Qaxda (Sarıbaş) 17, Qusarda 12, Gədəbəydə 7, Şahbuzda 6, Sədərəkdə 5, Xınalıq və Qrızda 4, Şəki, Xaltan, Şahdağ və Culfada 1 sm-dir. Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Mingəçevirdə 26, Bakıda və Abşeron yarımadasında 24, Şahdağda 20 m/s-dək güclənib. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-də və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər