Cəmiyyət
Hövsanda quyuya yıxılan şəxs xilas edildi - Video
Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində quyuya yıxılan şəxs xilas edilib.
Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1960-cı il təvəllüdlü Yarıyev Qılıçxan Cəfər oğlu dərinliyi təqribən 5 metr olan quyuya yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə Q.Yarıyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Mənbə
axar.az
Oxşar Xəbərlər