Cəmiyyət

Göyçayda ağır qəza: ölən var

31 Dec 2025, 19:37 1 baxış
Göyçayda ağır qəza: ölən var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.


Axar.az xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, "Mersedes" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində 2018-ci il təvəllüdlü azyaşlı həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.


Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.


Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər