Cəmiyyət

Sumqayıtda güclü külək FƏSADLAR TÖRƏDİB

31 Dec 2025, 17:50 1 baxış
Sumqayıtda güclü külək FƏSADLAR TÖRƏDİB
Sumqayıt şəhərində güclü külək fəsadlar törədib. Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, 19-cu məhəllədə qurumuş ağac aşıb.
"Aşan ağacın bir budağı 9/20-ci binada qaz borusunun, digər budağı isə su borusunun üzərinə aşıb. Nəticədə eyvanda olan qaz sayğacının qutusu qırılıb", - deyə məlumatda bildirilib. Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhəri İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı aidiyyəti üzrə tapşırıq verilib. "Müvafiq tədbirlər görüləcək", - deyə məlumatda qeyd olunub. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər