Cəmiyyət

Amerikalı diplomat Azərbaycan dilində müraciət etdi - Video

31 Dec 2025, 17:06 1 baxış
Amerikalı diplomat Azərbaycan dilində müraciət etdi - Video

ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı təbrikində bildirib.


Emi Karlon qeyd edib ki, bu ilin iyun ayından Azərbaycana gəldiyindən bəri ölkələrimiz arasında münasibətlərdə mühüm inkişaf baş verib:


“Xüsusilə avqustun 8-də Vaşinqtonda Prezident Trampın ev sahibliyi ilə keçirilən Zirvə görüşü böyük əhəmiyyət daşıyır. ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir”.


Müvəqqəti işlər vəkili qeyd edib ki, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilir:


“Bu gün həmrəyliyin, sülhün və rifahın əhəmiyyətini bir daha xatırladır. Bu dəyərlər Azərbaycan və Cənubi Qafqaz üçün olduqca vacibdir. ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir. Məqsədimiz daha təhlükəsiz, dinc və firəvan gələcək qurmaqdır”.

Mənbə axar.az

Oxşar Xəbərlər