Cəmiyyət

Göyçayda ağır qəza: 5 yaralı - Foto

31 Dec 2025, 17:18 1 baxış
Göyçayda ağır qəza: 5 yaralı - Foto

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, "Mersedes" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.


Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.


Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.


Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər