Cəmiyyət

2025-ci ildə bu simaları itirdik – Siyahı

31 Dec 2025, 08:00 1 baxış
2025-ci ildə bu simaları itirdik – Siyahı

Başa vurmaqda olduğumuz 2025-ci il bəzi sənət adamları, tanınmışların itkisi ilə də yadda qalıb.


Axar.az 2025-cü ildə itirdiyimiz tanınmış incəsənət, ictimai-siyasi xadim, jurnalist və ədəbiyyat adamlarının siyahısını təqdim edir:


- Tanınmış aktyor Azər Baxşəliyev - 5 yanvar, böyrək çatışmazlığı, 39 yaşında;


- Aktrisa və müğənni Çimnaz Sultanova – 15 yanvar, xərçəng xəstəliyi, 45 yaşında;


- Tanınmış iş adamı, “Azərsun Holdinq”in prezidenti Abdolbari Gözəl – 18 yanvar, 75 yaşında;


- Əməkdar artist, aktyor Mövsüm Hüseynov – 20 yanvar, 66 yaşında;


- Azərbaycan dövlət və ictimai-siyasi xadimi, Ədalət Partiyasının sədri İlyas İsmayılov – 17 fevral, insult, 86 yaşında;


- Professor Nizaməddin Şəmsizadə - 24 fevral, orqan çatışmazlığı, 70 yaşında;


- Fəlsəfə elmləri doktoru Niyazi Mehdi – 28 fevral, ürək xəstəliyi, 74 yaşında;


- SSRİ xalq artisti, balet ustası Tamilla Şirəliyeva – 12 mart, 79 yaşında;


- Azərbaycanın xalq artisti Ənvər Həsənov – 16 mart, insult, 75 yaşında;


- Şair, tərçüməci və jurnalist Valeh Məhərrəmli – 2 aprel, uzun sürən xəstəlik, 73 yaşında;


- Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev – 28 aprel, 66 yaşında;


- Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi, şair-publisist Ramiz Məlikov (Duyğun) – 19 iyun, 87 yaşında;


- Jurnalist, yazıçı Ağaddin Babayev – 21 iyun, 69 yaşında;


- Bəstəkar Ruslan Əhmədoğlu – 6 iyul, 46 yaşında;


- Şair Həsən Kür – 7 iyul, beyin qanaması, 29 yaşında;


- Sabiq deputat, Azərbaycanın Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı - 24 iyul, parkinson xəstəliyi, 82 yaşında;


- Xanəndə Arif Babayev – 1 avqust, ürək çatışmazlığı, 87 yaşında;


- Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva – 2 avqust, 62 yaşında;


- Xalq yazıçısı Elçin Əfəndiyev – 3 avqust, 82 yaşında;


- Əməkdar incəsənət xadimi, professor Aida Tağızadə - 6 avqust, 91 yaşında;


- Şair Kəramət Şükürov – 13 avqust, ürək tutması, 67 yaşında;


- Yazıçı Vidadi Babanlı – 16 avqust, 98 yaşında;


- Şair Məmməd İsmayıl – 19 avqust, ağciyər xərçəngi, 85 yaşında;


- Şair İsa Cavadoğlu (İsayev) – 30 avqust, 94 yaşında;


- Xalq rəssamı Nazim Bəykişiyev - 8 sentyabr, ağciyər xərçəngi, 77 yaşında;


- Xalq artisti Hacı Murad Yagizarov – 13 sentyabr, 86 yaşında;


- Jurnalist, politoloq Rasim Ağayev - 14 sentyabr, 85 yaşında;


- Hərbi jurnalist Şəmistan Nəzirli – 20 sentyabr, 83 yaşında;


- Əfsanəvi kəşfiyyatçı, "Gizir Xanı" ləqəbi ilə tanınan Səyyaf Əhmədov – 23 sentyabr, minaya düşüb, 54 yaşında;


- Əməkdar artist Cabir İmanov - 29 sentyabr, ürək tutması, 49 yaşında;


- Sabiq səhiyyə naziri Oktay Şirəliyev – 3 oktyabr, 75 yaşında;


- Xalq artisti Əminə Yusifqızı – 9 oktyabr, 89 yaşında;


- Şair Əlisəmid Kür – 13 oktyabr, böyrək və qaraciyər çatışmazlığı, 71 yaşında;


- Xalq artisti, tarzən Ramiz Quliyev – 15 oktyabr, böyrək çatışmazlığı, 78 yaşında;


- Əməkdar artist Rəşad Bəxtiyarov – 16 oktyabr, 46 yaşında;


- İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı, Azərbaycanın əməkdar artisti Mais Nuriyev – 25 oktyabr, 68 yaşında;


- Əməkdar artist Vahid Əliyev – 6 noyabr, ürək xəstəliyi, 73 yaşında;


- Aktyor, əməkdar artist Yadigar Muradov – 18 noyabr, xərçəng xəstəliyi, 66 yaşında;


- Xalq artisti, rəqqasə Roza Cəlilova – 19 noyabr, 96 yaşında;


- Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli – 21 noyabr, yanğın, 48 yaşında;


- Şair, qəzəlxan Arif Buzovnalı (Əliyev) – 22 noyabr, 53 yaşında;


- Güney Azərbaycan aşıq məktəbinin tanınmış nümayəndəsi Aşıq Məhəmməd Hüseyn Dehqan – 22 noyabr, 91 yaşında;


- Meyxanaçı Ağakərim (Kərim Novruzov) – 19 dekabr, insult, 61 yaşında.

Mənbə axar.az

Oxşar Xəbərlər