Şou biznes

Mel Gibson özündən 34 yaş kiçik sevgilisindən ayrıldı

31 Dec 2025, 05:02 1 baxış
Mel Gibson özündən 34 yaş kiçik sevgilisindən ayrıldı
69 yaşlı kino ulduzu Mel Gibson və 35 yaşlı ssenarist Rosalind Ross doqquz illik münasibətlərdən sonra ayrılıblar. Oxu.Az xəbər verir ki, "People" cütlüyün eksklüziv açıqlamasına istinadən bu barədə məlumat yayıb. "Həyatımızın bu fəslini bağlamaq kədərli olsa da, gözəl bir oğlumuz üçün ən yaxşı valideyn olmağa davam edəcəyik", - deyə cütlük bildirib. Onların təxminən bir il əvvəl münasibətlərinə son qoymaq qərarına gəldiyi və heç bir inciklik hiss etmədən ayrıldığı məlum olub. Xatırladaq ki, Gibson və Ross 2014-cü ildə ortaq dostlar vasitəsilə tanış olublar. 2017-ci ildə onların Lars adlı oğlu dünyaya gəlib. Larsdan başqa, Mel Gibsonun əvvəlki münasibətlərindən səkkiz övladı var.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər