Cəmiyyət
Culfada avtomobil qaz xəttinə çırpıldı: Üç minə yaxın abonent üçün təchizat dayandırıldı
Culfada avtomobilin qaz xəttinə çırpılması nəticəsində 2 920 abonentin qaz təchizatı dayandırılıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, Ordubadi küçəsində avtoqəza nəticəsində minik avtomobili D-100-lük qaz xəttini qırıb. Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
Mənbə
oxu.az