Cəmiyyət
Qusarda psixoloq işdən çıxarıldı, yüksək vəzifəyə təyin olundu
Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Sahir Məmmədxanov əmrlər imzalayıb. Məlumata görə, RİH-in aparıcı məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kamran Sədullayev vəzifəsindən azad olunub. O, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyin edilib.
Mənbə
oxu.az