Şou biznes

Bricit Bardonun dəfn tarixi açıqlandı

29 Dec 2025, 23:24 1 baxış
Bricit Bardonun dəfn tarixi açıqlandı
Fransalı aktrisa Bricit Bardonun dəfn mərasimi yanvarın 7-də Sen-Trope qəbiristanlığında keçiriləcək. Oxu.Az bildirir ki, bu barədə "Brigitte Bardot Foundation" təşkilatı BFMTV telekanalına məlumat verib. Bricit Bardo ilə vida mərasimi yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 14:00 - red.) Notr-Dam-de-l'Assompsyon kilsəsində başlayacaq. Təşkilatın məlumatına əsasən, mərasimə yalnız dəvətnamə ilə qatılmaq mümkün olacaq. Bununla yanaşı, tədbir Sen-Tropenin limanında və kurortun mərkəzində yerləşən Lis meydanında quraşdırılmış iki böyük ekranda canlı yayımlanacaq. Qeyd edək ki, Bricit Bardo dekabrın 28-də 91 yaşında vəfat edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər