Şou biznes

Rusiyanın xalq artisti vəfat etdi

25 Dec 2025, 16:30 1 baxış
Rusiyanın xalq artisti vəfat etdi
Rusiyanın Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Vera Alentova bir neçə saat əvvəl Mayakovski Teatrında aktyor Anatoli Lobotski ilə vida mərasimi zamanı özünü pis hiss edib. Xalq artisti üçün təcili yardım çağırılıb. O, xəstəxanaya çatdırılıb, lakin aktrisanın həyatını xilas etmək mümkün olmayıb. Vera Alentovanın ölümünün ilkin səbəbi kəskin ürək çatışmazlığıdır. Rusiya mediasının məlumatına görə, aktrisanın bir neçə il əvvəl keçirdiyi koronavirus infeksiyası səbəbindən qismən pisləşən ürək problemləri vardı. Qeyd edək ki, aktrisa 21 fevral 1942-ci ildə Arxangelsk vilayətində anadan olub. Bir sıra məşhur filmlərdə çəkilib. Amma ona dünya şöhrəti qazandıran 1981-ci ildə "Ən yaxşı xarici film" nominasiyasında Oskar mükafatı qazanan Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" olub.
Rusiyanın xalq artisti vəfat etdi
Mənbə oxu.az

Oxşar Xəbərlər