Siyasət

Mirziyayev İlham Əliyevə zəng etdi

24 Dec 2025, 12:18 1 baxış
Mirziyayev İlham Əliyevə zəng etdi

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.


Axar.az xəbər verir ki, Şövkət Mirziyayev dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.


Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.


Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin isə ölkəmizə həyata keçirdikləri səfərlər və aparılmış səmərəli müzakirələr məmnunluqla xatırlanıb.


Dövlət başçıları Azərbaycan–Özbəkistan münasibətlərinin qardaşlıq, dostluq və müttəfiqlik prinsiplərinə əsaslandığını qeyd edərək, gələcəkdə də əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər