Siyasət

Ramin Məmmədov: "Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə əsaslanır"

24 Dec 2025, 10:36 1 baxış
Ramin Məmmədov: "Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə əsaslanır"
"Yaşadığımız coğrafiyada tolerantlıq hər bir azərbaycanlının mənəvi dünyasına həkk olunmuş həyat tərzidir". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Din Xadimlərinin II Forumunun açılış mərasimində Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib. O bildirib ki, qədim Qafqaz Albaniyasından bizə miras qalan məbədlər, İslamın gəlişi ilə mənəvi dünyamızın formalaşmasına güclü təsir göstərən əzəmətli minarələr, sinaqoqlar və kilsələr vahid, bölünməz və zəngin mənəvi irsimizin əsas dayaqlarıdır: "İkinci vacib mesaj bundan ibarətdir ki, ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara əsaslanır. Azərbaycanın dövlətçilik salnaməsi yalnız siyasi və iqtisadi nailiyyətlərlə deyil, eyni zamanda sarsılmaz mənəvi dayaqlara, inanc və vicdan azadlığına hörmət, sadiqlik prinsiplərinə söykənən zəngin dəyərlər sistemi ilə səciyyələnir. Sahib olduğumuz dövlət-din münasibətləri modeli hüquqi müstəvidə tənzimlənən sistem olmaqla yanaşı, xalqımızın min illər ərzində formalaşan, tarixin ən çətin sınaqlarından keçərək cilalanan yüksək mədəniyyətinin, dözümlülüyünün və humanist dünyagörüşünün əyani təzahürüdür". Sədr vurğulayıb ki, bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətimizin və milli kimliyimizin ən fundamental prioritetlərindən biridir. Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər