Siyasət

İllik rüsum gec ödənildikdə patentin qüvvəsi 18 ay ərzində bərpa olunacaq

23 Dec 2025, 19:06 1 baxış
İllik rüsum gec ödənildikdə patentin qüvvəsi 18 ay ərzində bərpa olunacaq
İllik rüsum gec ödənildikdə patentin qüvvəsi 18 ay ərzində bərpa olunacaq. Oxu.Az xəbər verir ki, sözügedən məsələ "Patent haqqında" qanuna təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihədə qeyd olunub ki, ixtira, faydalı model və sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün müəyyən edilmiş illik haqqı vaxtında ödəməyən patent sahibi tərəfindən ötürülmüş tarixdən 18 ay müddətindən gec olmayaraq müvafiq haqq ödənildikdə, patentin qüvvəsi bərpa ediləcək. Patent sahibinin vəsatətinə ötürülmüş müddət üzrə haqqın ödənildiyini təsdiqləyən sənədin surəti əlavə olunacaq. Qüvvədə olan qanunvericiliyə görə, bu müddət 5 ildir. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər