Siyasət

Ceyhun Bayramov Xaled El-Enanini Bakıda keçiriləcək tədbirlərə dəvət edib

23 Dec 2025, 18:18 1 baxış
Ceyhun Bayramov Xaled El-Enanini Bakıda keçiriləcək tədbirlərə dəvət edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) yeni seçilmiş baş direktoru Xaled El-Enani arasında telefon danışığı aparılıb. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, nazir qarşı tərəfi UNESCO-nun baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Tərəflər Azərbaycanla UNESCO arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirərək, gələcəkdə bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün hazır olduqlarını bildiriblər. Azərbaycanın çoxtərəfli diplomatiya və mədəniyyətlərarası dialoq sahəsindəki rolu vurğulanıb. Bu çərçivədə ölkəmizin təşəbbüsləri və UNESCO üzrə planlar müzakirə olunub. Nazir Ceyhun Bayramov 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13), Bakı prosesi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və baş direktoru bu tədbirlərdə iştiraka dəvət edib. Nazir daha sonra tarixi Vaşinqton görüşü və postmünaqişə dövründə görülən işlər barədə qarşı tərəfə ətraflı məlumat verib. Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər