Siyasət

İddiaçı genetik ehtiyatların mənbəyini açıqlayacaq

23 Dec 2025, 18:40 1 baxış
İddiaçı genetik ehtiyatların mənbəyini açıqlayacaq
İddiaçı genetik ehtiyatların mənbəyini açıqlamalıdır. Oxu.Az xəbər verir ki, sözügedən məsələ "Patent haqqında" qanuna təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunub ki, iddia olunan ixtira genetik ehtiyatlara əsaslanarsa, iddiaçı genetik ehtiyatların mənşə ölkəsi haqqında məlumatı təqdim etməli, əgər bu məlumat iddiaçıya məlum deyilsə, genetik ehtiyatların mənbəyini açıqlamalıdır. Vurğulanır ki, iddia sənədində iddia edilmiş ixtira genetik ehtiyatlarla əlaqəli olan ənənəvi biliklərə əsaslanarsa, iddiaçı hansının münasib olmasından asılı olaraq, genetik ehtiyatlarla əlaqəli olan ənənəvi bilikləri təqdim etmiş yerli xalqlar və ya yerli tayfa haqqında məlumatı və ya genetik ehtiyatlarla əlaqəli olan ənənəvi biliklərin mənbəyini açıqlamalıdır. Vurğulanır ki, təqdim edilmiş məlumatın doğruluğuna görə iddiaçı məsuliyyət daşıyır. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər