Siyasət
İnsanın klonlaşdırılması üsulları patent obyektləri kimi qəbul edilməyəcək
İnsanın klonlaşdırılması üsulları patent obyektləri kimi qəbul edilməyəcək. Oxu.Az xəbər verir ki, sözügedən məsələ "Patent haqqında" qanuna təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilməyəcək. Məlik Məlikov
Mənbə
oxu.az