Siyasət

İxtiranın yaradıcısı olan müəllifə ödəniləcək pulun miqdarı artırılacaq

23 Dec 2025, 17:48 1 baxış
İxtiranın yaradıcısı olan müəllifə ödəniləcək pulun miqdarı artırılacaq
Azərbaycanda ixtira və patent fəallığını yüksələcək. Oxu.Az xəbər verir ki, sözügedən məsələ "Patent haqqında" qanuna təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, patent alınması ilə bağlı prosedurlar sadələşdiriləcək, ekspertiza müddəti nəzərəçarpacaq dərəcədə azalacaq. Həmçinin ixtiranın yaradıcısı olan müəllifə ödənilməli olan qonorarın məbləği əhəmiyyətli dərəcədə artacaq. Bu da müəllifin sosial-maddi vəziyyətinin yaxşlaşması ilə yanaşı sənayedə tətbiq oluna bilən ixtiraların sayının artmasına da müsbət təsir edəcək. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər