Siyasət

Dövlət rəmzlərini əks etdirən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək

23 Dec 2025, 18:00 1 baxış
Dövlət rəmzlərini əks etdirən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
Dövlət rəmzləri (bayraq, gerb), pul nişanları, onların adları və tanınan hissələrini özündə saxlayan, əks etdirən və ya təqlid edən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək. Oxu.Az xəbər verir ki, sözügedən məsələ "Patent haqqında" Qanuna təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Həmçinin aşağıdakıları özündə saxlayan, əks etdirən və ya təqlid edən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək: a) dövlət rəmzləri (bayraq, gerb), pul nişanları, onların adları və tanınan hissələri; b) beynəlxalq və hökumətlərarası təşkilatların qısaldılmış və ya tam adları, onların bayraqları, gerbləri, digər rəmz və nişanları, habelə həmin rəmz və nişanların adları və tanınan hissələri; c) təltiflər, rəsmi nişanlar, nəzarət damğaları, rəsmi işarələr, möhürlər, fərqlənmə nişanları, onların adları və tanınan hissələri; ç) istənilən dövlətin müvafiq səlahiyyətli orqanının (qurumunun) razılığı olmadan həmin dövlətə məxsus olan mədəni (o cümlədən etnik və dini) irs obyektlərinin rəsmi adları, təsviri və ya onların tanınan hissələri. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər