Şou biznes

Maykl Ceksonun pedofil maliyyəçi ilə fotosu gündəm oldu

23 Dec 2025, 03:46 1 baxış
Maykl Ceksonun pedofil maliyyəçi ilə fotosu gündəm oldu
Ceffri Epşteynin Maykl Ceksonla müzakirələrə səbəb olan fotosu Floridada bir malikanəyə baxış zamanı çəkilib. Oxu.Az xəbər verir ki, bu barədə "The Mirror" musiqiçinin keçmiş cangüdəni Met Fiddesə istinadən məlumat yayıb. Fiddes izah edib ki, pop kralı o vaxt Ceffri Epşteynin kim olduğunu bilmirmiş. "Biz sadəcə evlərə baxırdıq, çünki Maykl dostu Barri Gibbə daha yaxın olmaq üçün Palm Biçdə yaşamaq istəyirdi. O vaxtlar Epşteyn o qədər də tanınmırdı", - deyə Fiddes bildirib. Pedofil maliyyəçi Ceksonun 2003-cü ildə bir həftəlik Palm Biç turu zamanı baxdığı mülklərin sahiblərindən biri olub. Cangüdənin sözlərinə görə, fotoda göründüyü kimi, müğənninin maliyyəçinin evində olması təsadüfdür. Ceksonla təxminən on il işləyən Fiddes onun bütün pərəstişkarlarına qarşı sadəcə nəzakətli davrandığını və şəkil çəkdirməyə hazır olduğunu qeyd edib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər