Şou biznes
Türkiyədə saxlanılma qərarı verilən Yusuf Güneyin narkotik qəbul edib-etmədiyi ilə bağlı cavabı gündəm oldu
Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində barəsində saxlanılma qərarı verilən məşhur müğənni Yusuf Güneyin daha əvvəl qatıldığı bir proqramda narkotik maddə qəbul edib-etmədiyi ilə bağlı suala verdiyi cavab gündəm olub. Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir. Müğənni daha əvvəl Orkun Işıtmakın "YouTube" kanalındakı proqramında qonaq olub və proqram zamanı yalan detektoruna qoşulub. Proqram zamanı Yusuf Güneyə "Astral səyahətləriniz zamanı narkotikdən istifadə etdinizmi?" sualı verilib və müğənni "Qətiyyən yox" cavabını verib. Aparılan ölçmələr də Güneyin cavabını təsdiqləyib. "Bir maddənin təsiri altında olduğun müddətcə şüuraltın sənə ancaq görmək istədiyini göstərir və sadəcə, orada qalırsan, yəni ruhun həqiqi mənada bədəndən ayrılıb əsla o səmalarda, o aləmlərdə səyahət edə bilməz. Çünki bədəniniz çıxışa icazə verməz", - deyə Yusuf Güney mövzu ilə bağlı açıqlamasında qeyd edib.
Xatırladaq ki, Türkiyədə bəzi tanınmış şəxslərin narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr əsasında əməliyyat keçirilib. İstanbul Baş Prokurorluğu tərəfindən məşhur adları hədəf alan narkotik istintaqı çərçivəsində bir çox məşhura qarşı məhkəmə prosesi başlanıb. Əməliyyat çərçivəsində İrem Sak, Danla Biliç, Aleyna Tilki və Mümine Senna Yıldız saxlanılıb, Melisa Döngel, Yusuf Güney və Cihan Şenözlü isə ünvanlarında tapılmayıb. Həmçinin ölkə xaricində olan Şeyma Subaşı, Mert Vidinli və Şevval Şahin barəsində saxlanılma qərarı verilib.

Mənbə
oxu.az