Dünya

ABŞ Yaxın Şərqdə hərbi qüvvələrini artırır

02 Oct 2026, 02:32 2 baxış
ABŞ Yaxın Şərqdə hərbi qüvvələrini artırır
Noyabrın sonunadək Yaxın Şərqə ABŞ-nin sayca üçüncü aviadaşıyıcı zərbə qrupu, həmçinin əlavə dəniz piyadaları qüvvələri göndəriləcək. bildirir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən xəbər verib. "Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupunu və Dəniz Piyadaları Korpusunun əlavə gəmilərini yönəldir... Bu addımla regiondakı hərbi qulluqçuların sayı 9 000-10 000 nəfər artırılır", - deyə qəzet yazır. Qeyd olunur ki, "USS Theodore Roosevelt" aviadaşıyıcısı artıq San-Diyeqo limanını tərk edib. Hazırda Yaxın Şərq regionunda ABŞ-nin "USS George H.W. Bush" və "USS George Washington" aviadaşıyıcıları yerləşir.
Mənbə oxu.az