İdman
Bir ay ərzində "Hall Siti"nin iki futbolçusu eyni yerdə qəzaya düşdü
İngiltərənin "Hall Siti" klubunun futbolçusu Lüka Qurna-Duat məşqə gedərkən komandanın bazası yaxınlığında avtomobil qəzasına uğrayaraq maşınını aşırdıb. Oxu.Az bu barədə "The Daily Telegraph" qəzetinə istinadən xəbər verir. "Hall Siti" sosial şəbəkələrdə klubun məşq bazasının yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi yerindən yayılan fotolardan xəbərdardır və insident nəticəsində heç kimin xəsarət almadığını təsdiqləyir", - deyə klubun bəyanatında qeyd olunub. Xatırladaq ki, sentyabrın 11-də təxminən eyni yerdə komandanın digər futbolçusu Sorba Tomas da oxşar şəkildə avtomobil qəzası keçirmişdi. O zaman qəzanın səbəbi açıqlanmasa da, Şərqi Raydinq Yorkşir qraflığının Şura üzvü Fil Redşou komanda rəhbərliyindən futbolçulara baza ətrafındakı yaşayış küçələrində avtomobili daha diqqətlə idarə etməli olduqlarını xatırlatmağı xahiş etmişdi.
Mənbə
oxu.az